19 Mart 2020 14:08
4 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya İnsan Haqları Rəsədxanası (SOHR) İran qüvvələri və onların Suriyadakı nümayəndələrinin ölkənin cənub və şimal-şərqindəki yerli şiə icmalarından təxminən 9000 gənc döyüşçünü orduya cəlb etdiyi barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, İranın dəstəklədiyi şiə hərbçilərin Suriyanın cənub əyalətlərindən 5350, Fərat çayının şərqindəki şimal-şərq əyalətlərindən 3600-a yaxın könüllü gəncləri Bəşər Əsəd ordusuna cəlb etdiyi bildirilir.

Vurğulanır ki, Suriyadakı 9 illik vətəndaş müharibəsi boyunca İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) hərbi məsləhətçilər yerləşdirilməsi, həmçinin şiə milislərinin yaradılması və maliyyələşdirilməsi yolu ilə Əsəd rejiminə ardıcıl dəstək verib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər