"Xəstəxanalardakı tünlüyü azaltmağı düşünürük. Durumu ağır olmayan xəstələr üçün ən yaxşı müalicə yeri xəstəxana yox, evdir".
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Tehranda Koronavirusla Mübarizə Şurasının bu günkü toplantısnda deyib.
Onun sözlərinə görə, hazırda əsas hədəf virusa yoluxan və ölənlərin sayını azaltmaqdır.
Həsən Ruhani işlərin planlı şəkildə getdiyi təqdirdə ölkə miqyasında elektron tədrisə keçmiş təhsil müəssisələrinin iki həftə sonra açıla biləcəyini bəyan edib: "Vəziyyət yaxşı olarsa, Novruz tətilindən sonra, aprelin 4-də təhsil müəssisələri təkrar fəaliyyətə başlaya bilər".