2010-cu ildə Rokfeller ailəsinə məxsus bir fondun yayımladığı hesabatda yaxın gələcəkdə ölümcül bir virusun dünyanı ələ keçirəcəyi bildirilir. Hesabatda virusdan ilk yaxa qurtaran ölkənin Çin olacağına da diqqət çəkilir.
Teleqraf.com xəbər verir ki, virusun bütün dünyaya yayılacağı iddiasının yer aldığı sənəddə bunun inkişaf etmiş ölkələri çökdürəcəyi yazılır.
Rokefeller Fondunun qurduğu “Global Business Network” (GBN) tərəfindən yayımlanan hesabat “Texnologiya və Beynəlxalq İnkişafın gələcəyi üçün ssenarilər” adlanır. Sənəddə 2030-cu ilədək baş verməsi ehtimal olunan gəlişmələr yer alır.
Hesabatdakı ifadələr qorxuncdur “İllərdir gözlənilən virus gəldi. Sürətlə yayılan virus buna hazırlıqlı olan ölkələri belə alt-üst etdi”.
Bütün dünyanı ələ keçirəcək pandemiyanın qlobal gərginliyə yol açacağı iddia edilir:
“Virus bütün dünyanı ələ keçirib. İnkişaf etmiş ölkələr belə, bunun qarşısını ala bilmədi. Lakin bir neçə ölkə bunun öhdəsindən gəldi, xüsusilə Çin. Çin hökuməti vətəndaşlarını tez bir zamanda karantinə alaraq, sərhədləri bağlayaraq milyonlarla insanın canını xilas etdi. Çin virusun qarşısını digər ölkələrdən daha tez aldı”.
Virusun iqtisadiyyatlara ölümcül təsir göstərəcəyi bildirilir: “Həm insanların, həm də iqtisadiyyatlar durğunluq nöqtəsinə gəldi. Dükanlar, ofislər aylarla boş qaldı”.
Rokfellerlərin hesabatında virusun bütün dünyada qida çatışmazlığına və ya qıtlığa yol açacağı iddia edilir.
Mübahisələrə yol açan hesabat 2010-cu il mayın 25-də www.rockefellerfoundation.org/news/publications/scenarios-future-technology ünvanından yayımlanıb. Məqalə bir neçə il saytda açıq formada qalsa da, naməlum səbəblərdən silinib.
Yeni tip koronavirusun (“Kovid-19”) dünyanı ələ keçirdiyi bir vaxtda Rokfellerlərin 10 il əvvəl yayımladığı hesabat yenidən müzakirə mövzusuna səbəb olub.