23 Mart 2020 00:25
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Yunanıstanda küçəyə çıxmaq qadağan edilib.

Teleqraf.com xəbər verir ki, Yunanıstanın Baş naziri Mikotakis koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu gün səhər komendant saatı tətbiq olunacağını açıqlayıb:

"Ölkədəki vəziyyətin İtaliyaya bənzəməsinə imkan verə bilmərik. Koronavirusa qarşı ən yaxşı mübarizə üsulu evdə qalmaqdır".

Qeyd edək ki, bu günə qədər Yunanıstanda 624 nəfər epidemiyaya yoluxub, 15 nəfər həyatını itirib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər