İspaniyada son sutka ərzində 738 nəfər COVID-19 koronavirus infeksiyası nəticəsində ölüb, ölənlərin ümumi sayı 3434-dür.
Teleqraf.com xəbər verir ki, bu barədə “El Pais” qəzeti ölkənin Səhiyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
Beləliklə, İspaniyada koronavirus səbəbindən ölənlərin sayı Çindən daha çox olub. Qeyd edək ki, Çində koronavirusdan 3287 nəfər ölüb.
Gün ərzində İspaniyada 7937 nəfərin bu xəstəliyə yoluxması qeydə alınıb, yoluxanların ümumi sayı 47 610 nəfərdir. 5367 nəfər isə sağalıb.
Bu ərəfədə İspaniyada təxminən 5,4 min həkimdə koronavirusun aşkarlandığı bildirilib.