Koronavirusun ilk dəfə ortaya çıxdığı Çinin daxilində epidemiyaya yoluxma halları aşkar edilməyib.
Teleqraf.com-un məlumatına görə, Çin Milli Səhiyyə Komitəsi bəyan edib ki, ölkədə Covid-19 epidemiyasından 6 nəfər həyatını itirib.
Beləliklə Çində epidemiyadan vəfat edənlərin sayı 3287 nəfərə çatıb.
Açıqlamada yeni ölüm faktlarının hamısının epidemiyanın mərkəzi hesab olunan Hubey əyalətində baş verdiyi bildirilib.
Rəsmilər daha 401 xəstənin müalicə edilərək xəstəxanadan buraxıldığını qeyd edib. Çində koronavirusdan müalicə olunanların sayı isə 74051 nəfər olub.
Çin Milli Səhiyyə Komitəsi qeyd edib ki, yeni təsbit olunan xarici qaynaqlı 67 yoluxma faktı müəyyən edilib.
Ümumilikdə Çində 541 nəfər xarici şəxs koronavirusa yoluxmadan müalicə alır.
Çin Xarici İşlər Nazirliyi isə bəyan edir ki, xaricdən gələrkən Çində koronavirus epidemiyası müəyyən edilən şəxslərin 90 faizi əslində Çin pasportu daşıyır.