Polşalı bəstəkar və dirijor Kşiştof Pendereski 86 yaşında Krakovda vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə musiqiçinin həyat yoldaşı Elzbet Penderetskaya məlumat verib.
Polşalı bəstəkar erməni əsilli idi. Polşadakı erməni diasporunun fəal üzvlərindən olan Pendereski bir neçə dəfə Ermənistana səfər etmişdi. O, Ermənistanın sabiq prezidenti Serj Sərkisyanla görüşündə nənəsinin erməni olduğunu demişdi.