İspaniyanın opera müğənnisi Plasido Dominqo Meksikanın Akapulko şəhərində koronavirus infeksiyasının ağırlaşması ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə sənətçinin nümayəndəsinə istinadən CNN məlumat yayıb.
Dominqonun nümayəndəsinin sözlərinə görə, müğənni özünü yaxşı hiss edir və sağalmağa doğru gedir.
Martın 22-də P. Dominqo koronavirusa yoluxduğunu açıqlamışdı.
79 yaşlı ifaçı qeyd etmişdi ki, ailəsi ilə birlikdə özünütəcrid vəziyyətindədir, onda hərərət və öskürək müşahidə olunur.