Son sutka ərzində Çində koronavirus infeksiyasına 31 yeni yoluxma hadisəsi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin saytında məlumat yerləşdirilib.
Bununla belə onlardan 30-nun başqa ölkələrdən idxal olunduğu açıqlanıb.
Qeyd edilir ki, ölkədə yeni növ koronavirusa yoluxma hallarının sayı 81 470-ə çatıb.
Onlardan 75 700 nəfər sağalıb, 3304 nəfər infeksiyanın təsiri nəticəsində ölüb.
Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-un pandemiya olduğunu elan edib.