İran-Türkiyə qaz boru xəttinin Ağrı vilayətindən keçən hissəsində partlayış olub.
Teleqraf.com xəbər verir ki, partlayış saat 6:00-da Ağrının Doğubəyazid mahalında Gürbulaq sərhəd qapısında meydana gəlib.
Partlayışdan sonra baş verən güclü yanğın 40 metrədək yüksəlib. Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Dərhal aidiyyatı qurumlar qaz axınını dayandırıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır