31 Mart 2020 14:00
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələri əməliyyat bölgəsinə sızmağa cəhd edən 9 PKK terrorçusunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, İran sərhədlərindən Ağrı istiqamətində Türkiyə sərhədlərinə sızmaq istəyən bir qrup terrorçu ilə türk təhlükəsizlik qüvvələri arasında siahlı qarşıdurma yaranıb.

Hadisə nəticəsində biri qadın olmaqla, 9 PKK silahlısı məhv edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər