29 Sentyabr 2014 15:31
3 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dəhşətli ailə faciəsi baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ər ona xəyanət edən yoldaşını silahla vurub öldürdükdən sonra intihar edib.

Polisin verdiyi məlumata görə, Ömər Sarı (40) yoldaşı Yazgülü Sarını (28) maşın ilə işə gətirərkən avtomobildə onu güllələyib. O, əvvəlcə Yazgülün belindən vurab. Daha sonar avtomobildən enmək istəyən yoldaşının başına da bir güllə vurub. Bundan sonra Ömər silahla öz başından da vurub.

Polis hadisə yerində 3 giliz və Ömərin məktubunu tapıb. O, yazdığı məktubda yoldaşının mobil telefonunda tapdığı məlumatları qeyd edib. Ömər kimsənin günahının olmadığını, yoldaşının ona xəyanət etdiyini yazıb.

Polis cinayətlə bağlı araşdırmaları davam etdirir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər