Fransada son gün ərzində 509 nəfər koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, ümumilikdə ölkədə 4 032 nəfər koronavirusun qurbanı olub.
Onun sözlərinə görə, 24 000 nəfərə COVID-19 diaqnozu qoyulub, 6 017 pasiyent reanimasiyada müalicə olunur.
Jerom Salomonun sözlərinə görə, reanimasiyada müalicə alanların 80 nəfərinin yaşı 30-dan azdır.