İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın iddiasına cavab verib.
Teleqraf.com xəbər verir ki, ölkənin baş diplomatı prezidentin İranın savaşa hazırlaşması barədə sözlərinin həqiqəti əks etdirmədiyini bildirib.
Zərif Trampın İranın ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə hücuma hazırlaşdığı haqqında söylədiklərinə cavab olaraq, “İran müharibəyə hazırlaşmır”, deyib.
Qeyd edək ki, ABŞ prezidenti Ağ Evdə keçirdiyi mətbuat konfransında İranın bölgədəki hərbi qüvvələrinin Amerikanın hərbi bazalarına hücuma hazırlaşdığını iddia edib.