3 Aprel 2020 16:44
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sutka ərzində Rusiyada koronavirus infeksiyası COVID-19-a 601 yeni yoluxma hadisəsi qeydə alınıb, ölkədə ümumi yoluxma hallarının sayı 4149-a çatıb.

Teleqraf.cm xəbər verir ki, bu barədə “RİA Novosti” koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahına istinadən xəbər yayıb.

“Rusiyada son 24 saat ərzində koronavirus infeksiyasına 601 yeni yoluxma təsdiqləndib”, – deyə məlumatda qeyd olunur.

Aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin hökumətə ölkədə yüksək hazırlıq vəziyyəti və fövqəladə rejim tətbiq etmək səlahiyyətini verən qanun layihəsini imzalayıb. O, həmçinin qeyd edib ki, Rusiyada koronavirus infeksiyası COVID-19-la bağlı vəziyyət mürəkkəbləşir.


Müəllif: Səxavət

Oxşar xəbərlər