4 Aprel 2020 19:46
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

93 yaşlı kraliça II Eelizabet koronavirus səbəbiylə Windsor qalasında karantindədir. İngilis mətbuatında Kraliçanın gündəlik həyatında bir çox işçisi ilə təmasda olduğu və təhlükəsizlik tədbirlərinin onun sağlamlığı üçün yetərli olmadığı məlumatlar yayılıb.

Teleqraf.com xəbər verir ki, kraliça Elizabetin gündəlik həyatda, günün hər dəqiqəsində ona kömək edən işçiləri ilə təmasda olduğu bildirilir. Windsor qalasında yaşayan işçilər kraliçanın gündəlik ehtiyaclarını ödəmək üçün məsuliyyət daşıyırlar. Kraliça ilə təmasda olan saray işçiləri saraydan kəanr insanlarla təmasda olurlar. Koronavirusun kraliçaya çata biləcəyi və 93 yaşlı kraliçanın həyatının təhlükədə olduğu vurğulanıb.

Kral tərəfindən kraliça II Elizabetin sabah xalq qarşısında çıxış edəcəyi açıqlanıb. 68 illik hakimiyyəti dövründə dördüncü dəfə millətə müraciət edəcək Kraliçanın, epidemiya ilə əlaqədar İngilis xalqına tövsiyə erəcəyi təxmin edilir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər