Qabonda koronavirus pandemiyası səbəbindən panqolina və yarasa istehlak, satışı qadağan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qabonun ekologiya naziri Li Uayt açıqlama verib.
Nazir hər iki heyvanın ətinin istehlakı və satışının koronavirus yayması şübhəsi ilə qadağan olunduğunu deyib.
Nəsli tükənməkdə olan panqolinanın onsuz da qorunma altında olduğunu qeyd edən Uayt qadağaları pozanların cəzalandırılacağını diqqətə çatdırıb.
Qabonda 21 nəfər koronavirusa yoluxub, 1 nəfər həyatını itirib.