Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca ötən gün verdiyi açıqlamada ölkədə 27069 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis Məltəm Özen qonaq olduğu TRT Xəbər proqramında Türkiyədə koronavirusa yoluxanların sayında tükürpədici rəqəmlər səsləndirib:
"Deməli, hazırda apardığımız test yoluxma sayının 15-20 faizini təşkil edir. Əgər 23 min yoluxma faktı varsa, aşkarladığımız hər nəticə cəmiyyətdə aşkar etmədiyiniz 10 yoluxmaya bərabərdir. Bu rəqəmi 10-a vursaq, hazırda 230 min yoluxma faktı var deməkdir.
Amma deyirik ki, bu günə yoluxanların 25-30 faizini test etmişik. Bundan sonra 230 min yoluxma faktının ən azı 3 və ya 4 qatına sahibik. Buna görə də Türkiyədə 600-900 min arasında yoluxma halı ola bilər. Əslində bu qədər koronavirusa yoluxan xəstəmiz var...".