Qiyamçı Liviya Milli Ordusu su quyularının yerləşdiyi Əş-Şüvəyrif bölgəsinə hücumdan sonra paytaxt Tripoliyə içməli suyun verilməsi dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviyanın legitm Milli Sülh Hökuməti açıqlama verib.
Hökumət Haftar ordusunun Tripoliyə gələn suyun qarşısını kəsdiyini bildirib.
Qiyamçılar tələblərinin yerinə yetirilməsinə qədər paytaxtla yanaşı, Bəni, Vəlid və Tərxunə şəhərlərinə də su verilməyəcəyini bildirib.
Haftar qüvvələrinin hökumətin qarşısına hansı tələblərlə çıxdığı açıqlanmayıb.