7 Aprel 2020 11:52
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda sutka ərzində daha 20 nəfər koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 853-ə çatıb.

Paşinyan daha 25 nəfərin sağalaraq xəstəxanadan evə buraxıldığını qeyd edib.

Xatırladaq ki, ölkədə martın 16-dan fövqəladə vəziyyət elan edilib.


Müəllif: Nərgiz