Reanimasiyaya yerləşdirilən Böyük Britaniyanın Baş naziri Boris Conson müalicəsi davam etdirilir.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Baş nazirin ofisindən məlumat verilib.
"Biz cənab Consonun müalicəsini yaxından təqib edirik", deyə məlumatda bildirilib.
Xatırladaq ki, Boris Conson martın 27-dən özünütəcrid rejimindədir. O, iki gün öncə xəstəxanaya yerləşdirilmişdi.