8 Aprel 2020 11:56
3 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp koronavirus böhranı ilə əlaqədar türk professor Mehmet Özlə əlaqə saxlayıb, onun fikir və düşüncələri ilə maraqlanıb.

Teleqraf.com ABŞ mediasına istinadən xəbər verir ki, Donald Tramp izləyicisi olduğu "Foks Nyus" telekanalında çıxış edən professor Mehmet Özün koronavirus mövzusunda məsləhətlərini almaq üçün onunla əlaqə saxlanılmasını istəyib.

Trampın koronavirus epidemiyasına qarşı tövsiyə etdiyi “hidroksiklokin” dərmanını türk professorun da dəstəklədiyi bildirilir.

Qeyd edilir ki, professor Mehmet Öz martın 24-dən bu yana 21 dəfə "Foks Nyus"un ekranlarına çıxıb. Professor Trampın tövsiyə etdiyi, lakin səhiyyə sisteminin dəstəkləmədiyi dərmandan istifadəyə tərəfdardır.

Xəbərə görə, Tramp müşavirlərinə Özün fikirlərinə sayğı duyduğunu və professorun çıxışlar etməsini arzuladığını qeyd edib. Bundan sonra ABŞ-ın səhiyyə sistemi üzrə rəsmilərindən Seema Verma doktor Özlə görüşüb və Trampın təklif etdiyi dərman haqqında fikirlərini soruşub.

Bütün bunların həqiqət və ya iddia olduğu hələlik bəlli deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər