30 Sentyabr 2014 09:10
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada azlıqlarla bağlı xüsusi cəza tədbiri planı irəli sürülüb.

ANS PRESS-in məlumatına görə, İndoneziyanın Sumatra adasının şimalında yerləşən Aceh muxtariyyətində homoseksuallarla bağlı cəza qanunu hazırlanıb.

Yerli parlamentin vəkilləri bir neçə gün əvvəl qanunu təsdiq ediblər. Bu barədə “The Jakarta Post” qəzeti xəbər yayıb. Yüz dəyənək cəzası nəzərdə tutulan qanun təkcə yerli əhaliyə deyil, eyni zamanda xarici vətəndaşlara da tətbiq ediləcək.

İndoneziyalı millət vəkili Ramlı Süleyman məsələ ilə bağlı açıqlama verərkən, bu qanunun çoxdandır üzərində işləndiyi və qismən islama uyğunlaşdırıldığını bildirib.

Qanun barədə parlamentdən başqa, ölkənin daxili işlər nazirliyi də razılıq verib.


Müəllif:

Oxşar xəbərlər