Birləşmiş Ştatlar koronavirus infeksiyası COVID-19-un yayılmasına qarşı mübarizə çərçivəsində İran və Venesuelaya humanitar yardım təklif edib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo açıqlayıb.
“Hər iki halda, yəni Venesuela və İrana, xüsusilə də koronavirusdan çox əziyyət çəkən İrana humanitar yardımın göstərilməsini əngəlləyən sanksiyalar yoxdur”, – deyə “Bild” qəzeti onun sözlərindən sitat gətirir.
Pompeo, ABŞ-ın COVID-19-la mübarizə aparmaq üçün İran, Venesuela və Şimali Koreyaya humanitar yardım təklif etdiyini söyləyib.
Bundan əvvəl Avropa İttifaqı digər ölkələri Suriya, Venesuela, İran və KXDR-ə qarşı tətbiq etdiyi sanksiyaların koronavirus pandemiyası kontekstində tibbi və humanitar yardımlara mane olmadığına əmin olmağa çağırmışdı.
Mart ayında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın islam respublikasına tətbiq etdiyi sanksiyaların koronavirus infeksiyası fonunda “tibbi terrorizm” olduğunu açıqlamışdı.