9 Aprel 2020 15:12
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada son sutka ərzində koronavirusa yoluxma sayı əvvəlki rekordu üstələyib.

Teleqraf.com xəbər verir ki, son bir sutka ərzində şimal qonşumuzda KOVID-19-a yoluxanların sayı 1459 nəfər olub.

Bu, gündəlik təsdiqlənmiş yoluxma hallarının Rusiyada artması ilə bağlı yeni bir rekorddur. Əvvəlki rekord bir gün ərzində 1175 yoluxma hadisəsi idi.

Koronavirusla mübarizə üzrə operativ qərargahdan verilən məlumata görə, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb. Yoluxanların ümumi sayı 10 131 nəfərdir.

Rusiyada son 24 saat ərzində 13 nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Ümumilikdə Rusiyada bu infeksiya nəticəsində 76 nəfər vəfat edib.


Müəllif: Səxavət