Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib.
Teleqraf.com xəbər verir ki, apreldən etibarən Rusiya gündəlik neft hasilatını 2 milyon barel, Səudiyyə Ərəbistanı isə 4 milyon barel azaldacaq.
Ümumilikdə isə OPEC+ ölkələrinin gündəlik hasilatı 20 milyon barel azaltmaq istədiyi qeyd edilib.
Bu gün dünya bazarında neftin qiymətində artım müşahidə olunub.