Koronavirusun müalicəsinə müsbət təsir göstərən dərmanla bağlı növbəti açıqlama Fransadan gəlib.
Teleqraf.com xəbər verir ki, Fransa mediası Marsel Aralıq İnfeksiya İnstitutunun direktoru, professor Didier Raoultun tədqiqatı nəticəsində maliyariya xəstəliyinin müalicəsində istifadə edilən klorkin adlı dərmanın virusa yoluxmuş 1061 xəstənin üzərində uğurla sınaqdan keçirildiyini bildirib.
Xəstələrin 91,7 faizi 10 gün içərisində virusa qalib gəlib, 0,5 faizi vəfat edib.
Fransada Covid-19-un müalicəsində klorkindən istifadəni müdafiə edən professor Raoult aprelin 9-da Prezident Makronla görüşmüşdü.
Fransa Baş nazirinin qərarı ilə klorkinin Covid-19-un müalicəsində istifadəsinə icazə verilmiş və dərmanın ixracatına qadağa tətbiq olunmuşdu.