Çində koronavirusa yoluxanların sayı son sutkada 99 nəfər artıb, onlardan 97-i xaricdən gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb, 50 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.
Epidemiyanın episentri sayılan mərkəzi Hubey əyalətində son gündə yeni yoluxma hadisəsi aşkarlanmayıb, ölüm qeydə alınmayıb.