13 Aprel 2020 18:43
3 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hökuməti koronavirus pandemiyasının yayılmasına səbəb olan faktları dünyadan gizlətməyə çalışır. Bu məqsədlə aparılan araşdırmalara məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkə daxilindəki araşdırmalar yalnız Çin hökumətinin icazəsi ilə aparılır.

Məlumatda qeyd edilib ki, Pekin bu qadağaları koronavirusun Uhan şəhərindəki laboratoriyalardan birindən yayılması haqda məlumatların ortaya çıxmasından sonra verib. Xüsusən də xəstəliyin kökəni və yayılmasına dair araşdırmalarına dair məhdudiyyətlər qoyulur.

Məlumatda Çin hökuməti bununla koronavirusun yayılmasında daşıdığı məsuliyyəti üzərindən atmağa çalışmaqda ittiham olunub. Hökumət nazirliklərin də iştirakı ilə araşdırmaların tamamilə qadağan olunmasına dair məsələnin də müzakirəsinə başlayıb. Bu məqsədlə də, xüsusən media və sosial şəbəkələr üzərində nəzarət gücləndirilib, araşdırma aparılan jurnalistlərin və elm adamlarının təqibinə başlanılıb..

CNN qeyd edir ki, ötən günlərdə ortaya çıxan faktlar Çin hökumətini çətin vəziyyət salıb. Mənbə Çin hökumətinin bu qərarları koronavirusun yayılması faktlarını ört-basdır etmək üçün verdiyini iddia edib.

İngilis mediası da, koronavirusun Uxan şəhərindəki laboratoriyalardan birində yaraslar üzərində təcrübələr apararkən, yayıldığını yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər