“Keçmiş prezident Robert Köçəryanın həbsi Ermənistan-Rusiya münasibətlərinə böyük təsir göstərir. Əlbəttə, hakimiyyət bunun belə olmadığını təsəvvür etməyə çalışır. Hətta bir neçə ay əvvəl Rusiyanın yüksək vəzifəli şəxslərindən birinin sözlərini təhrif etmək cəhdi olmuşdu, guya bu həbs Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri Viktor Soqomonyan deyib.
Soqomoyan Köçəryanın ikitərəfli münasibətlərin pozulmasının tərəfdarı olmadığını bildirib:
“Ümid edirəm ki, bu problemlər aradan qaldırılana qədər münasibətlər davam edəcək, amma bunun yaxın gələcəkdə davam edəcəyinə zəmanət verə bilmərəm. Köçəryanın qanunsuz həbsi uzadılsa, Ermənistan-Rusiya münasibətlərindəki problemlərin artacağı təsadüfi olmayacaq”.