30 Sentyabr 2014 13:12
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Suriya Ordusu (ASO) Suriyanın paytaxtı Dəməşqin Adra bölgəsində 37 rejim əsgərini öldürüb.

Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, bu barədə Suriya Ümumi İnqilab şurasından məlumat verilib. Məlumatda ASO qüvvələrinin bu bölgədə keçirdiyi əməliyyat zamanı Suriya prezidenti Bəşər Əsədə sadiq əsgərləri pusquya salıb. Atışma zamanı Əsəd ordusuna məxsus hərbi texnika və tanklar məhv edilib.

Qarşıdurmadan dərhal sonra rejim əsgərləri bölgəni təyyarələrdən bombardman edib.

Bu arada, Suriya Yerli Koordinasiya Komitəsindən (LCC) edilən açıqlamada ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinə məxsus döyüş təyyarələrinin Haseke bölgəsində “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının nəzarətindəki neft mədənlərini və İraqla sərhəddəki Yarubiye mahalında bir qərargahı bombaladığı qeyd edilib.

Bəyanatda həmçinin İŞİD-in Haseke bölgəsində Hemeden mahalında nəzarətini ələ keçirdiyi, burada kürd qruplarla əlaqəsi olduğu iddia edilən 7 nəfəri edam etdiyi bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər