Koronavirus səbəbindən işini itirən 20 yaşlı gənc Avstraliyada 4,8 milyon dollar pul udub.
Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan gənc bu pulu rəqəmsal loto oyununda udub.
Məlum olub ki,bundan sonra o, 20 il müddətində hər ay 20 min dollar alacaq. Qalib şəxs bildirib ki, ailəlidir və körpə uşağı var: “Bu mükafat bizim sonrakı həyatımızda böyük kömək olacaq. Koronavirus səbəbindən işimi itirmişdim. İndi tam rahatam. Son günlər çox stresli idim”.
Bu pulu necə xərcləyəcəyi məsələsinə gəlincə, o deyib ki, düşünməyə ehtiyac var, xanımı artıq tətil, alış-veriş və yeni ev tikmək kimi planlar qurub.