16 Aprel 2020 10:48
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı gəmilər Bəsrə körfəzində ABŞ hərbi gəmilərinə təzyiq göstərib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Donanması açıqlama yayıb.

İrana aid 11 sürətli gəmi bölgədə xidmət həyata keçirən 6 ABŞ gəmisinə yaxınlaşıb.

Açıqlamada bildirilib ki, ABŞ gəmiləri Bəsrə körfəzində beynəlxalq sularda ABŞ Quru Qoşunlarının AH-64 helikopterləri ilə birlikdə inteqrasiya təlimləri həyata keçirirmiş. Bu zaman İran gəmiləri dəfələrlə ABŞ gəmilərinin arxa və önünə keçiblər. İran hərbi gəmiləri ABŞ-ın “USCG Maui” gəmisinə 9 metrə qədər yaxınlaşıb.

İran gəmilərinə xəbərdarlıqdan 1 saat sonra qarşılıq verilib və onlar ərazidən ayrılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər