Portuqaliyada pandemiya səbəbindən fövqəladə vəziyyət rejimi 2 maya qədər uzadılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı ölkə parlamenti müvafiq qərar qəbul edib.
Qeyd edək ki, bir müddət əvvəl prezident Marsel Rebeli mövcud vəziyyətin uzadılması ilə bağlı parlamentə təklif təqdim etmişdi.
Bununla artıq 3-cü dəfədir ki, Portuqaliyada fövqəladə hal rejimi uzadılır.
Hazırda bu ölkədə korona (COVİD-19) qurbanlarının sayı 629 nəfər təşkil edir. COVİD-19-a yoluxanlar isə artıq 18 841 nəfərdir.