Rusiyanın Ufa şəhərində koronavirusa görə karantin rejiminin tətbiq olunduğu xəstəxanadan yeddi həkim qaçıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Başkiriya məhkəməsinin mətbuat xidmətindən bildiriblər.
Xəbərə görə, Kuvatov adına Respublika xəstəxanasının 7 həkimi və tibbi heyəti özünütəcrid rejimini pozublar. Onlar analizlərin təkrar nəticələrini gözləməyərək, xəstəxananı tərk ediblər.
Bundan sonra işə qarışan məhkəmə 6 həkimin məcburi tibbi nəzarətə götürülməsi barədə qərar qəbul edib. Onlar analizlərin nəticələri açıqlanana qədər nəzarət altında saxlanılacaqlar.