19 Aprel 2020 12:00
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin koronavirus pandemiyasının yayılmasına qəsdən yol veribsə, nəticələri ilə üzləşəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ağ Evdə keçirilən brifinq zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ prezidenti Çində infeksiyadan ölənlərlə bağlı açıqlanan rəqəmlərin həqiqəti əks etdirmədiyini söyləyib: "Çin ölüm sayına görə birinci sıradadır və bizdən xeyli irəlidədirlər. Biz araşdırma aparırıq, baxaq, görək araşdırma necə gedəcək. Əgər onlar şüurlu şəkildə buna yol veriblərsə, onda bunun nəticələri olmalıdır. Xətadırsa, xətadır, amma qəsdən ediblərsə, nəticələri ilə üzləşməlidirlər".

Onun sözlərinə görə, son hadisələrə Vaşinqton və Pekin arasında münasibətlər konstruktiv olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər