19 Aprel 2020 17:57
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir parlamenti ölkənin fövqəladə hallar haqqında qanununa dəyişiklik edərək, dövlət başçısı Əbdülfəttah əs-Sisiyə koronavirus pandemiyası ilə mübarizəyə dair əlavə səlahiyyətlər verib.

Teleqraf.com xəbər verir ki, qanuna edilən yeni dəyişiklik Misir Prezidentinə COVID-19 pandemiyası ilə əlaqədar zəruri addımların atılması səlahiyyəti verir. Yeni səlahiyyətlərlə dövlət başçısı məktəblərdə və universitetlərdə təhsil prosesini, hökumət strukturlarının və özəl qurumların fəaliyyətini dayandıra, elektrik, qaz və suya olan kommunal ödənişləri təxirə sala bilər.

Qanuna edilən yeni dəyişiklik dövlət başçısına şəxsi və ictimai görüşlərin, nümayişlərin, məhkəmə proseslərinin, bayram şənliklərinin də qadağan edilməsi, xarici ölkələrdən gələn vətəndaşlara karantin rejimi tətbiqi, bəzi malların və məhsulların ixracının dayandırılması, ticarətin, nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması səlahiyyəti də verir.

Eyni zamanda, prezident üç ay müddətinə bir sıra vergilərin ertələnməsi barədə də sərəncam verə bilər. Parlamentin yeni düzəlişində, həmçinin karantin xəstəxanalarının da birbaşa prezident administrasiyasının tabeliyinə verilməsi nəzərdə tutulur. Bundan başqa, ölkədə bioloji materiallarla bağlı bütün elmi və laboratoriya tədqiqatlarına ali icra orqanı nəzarət edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər