19 Aprel 2020 18:39
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti yaxın günlərdə yeni növ koronavirus səbəbi ilə zərər çəkən kiçik müəssisələrə dəstək üçün əlavə 300 milyard dollar ayırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Stiven Mnuçin bildirib.

"Ümid edirik ki, ABŞ Konqresi yaxın vaxtlarda əlavə vəsait ayrılmasını təsdiqləyəcək. Təxmini hesablamalarımıza görə, hər kəsin yardım alması üçün 300 milyard dollar kifayət edəcək", - nazir deyib.

O qeyd edib ki, səlahiyyətlilər hakimiyyətdə ABŞ-ın kiçik biznes üzrə idarənin fövqəladə hallar vəziyyətində kredit proqramı çərçivəsində 50 milyard dollar ayrılması barədə razılığa gələ biliblər.

ABŞ Prezidenti Donald Tramp 27 martda koronavirusun yayılmasının nəticələrinin aradan qaldırılmasına yönələn 2 trilyon dollardan çox dəyəri olan iqtisadi stimullaşdırma tədbirləri haqqında qanun imzalayıb. Sənədə əsasən işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznes və digər sahələrə dəstək üçün 350 milyard dollar ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər