ABŞ prezidenti Donald Tramp donanma qüvvələrinə dənizdə Amerika gəmilərinə qarşı hər hansı maneələr törədərlərsə, İranın bütün silahlı gəmilərinə, katerlərinə atəş açmaq və məhv etmək təlimatını verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.
Xatırladaq ki, ötən həftə İranın 11 sürət qayığı Bəsrə körfəzində üzən 6 ABŞ gəmisinə təhlükəli şəkildə yaxınlaşaraq hərəkətinə maneə törətmişdi. Açıqlamada sürət qayıqlarının xəbərdarlıqdan sonra bölgədən çəkildiyi, hər hansı münaqişə yaşanmadığı bildirilmişdi.