İtaliyada son bir gün ərzində daha 464 nəfər koronavirusdan ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.
Bununla da ölkədə pandemiya qurbanlarının sayı 25 549 nəfərə çatıb.
Məlumata görə, İtaliyada daha 2 646 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 189 973-ə yüksəlib.
Bundan başqa, ölkədə indiyədək 57 576 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.