Avropa Xalq Partiyası (AXP) qondarma erməni soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, bəyanatda erməni xalqı ilə həmrəylik nümayiş etdirilib.
“Bu gün biz 1915-ci il erməni soyqırımını xatırlayırıq və dualarımız və düşüncələrimizlə erməni xalqının yanındayıq. AXP Osmanlı İmperiyasında həlak olan 1.5 milyon günahsız qurbanların xatirəsini ehtiramla yad edir”, - bəyanatda qeyd edilib.
AXP baş verənlərə görə, Türkiyəyə də müraciət edib:
“Türkiyəni öz keçmişi ilə qarşılaşmağa və bununla da erməni və türk xalqları arasında həqiqi barışıq üçün yol açmağa çağırırıq”.
Əlavə edək ki, bu, Avropa İttifaqının əsas qurumlarından biri olan AXP-nin Türkiyəyə qarşı ilk xəyanətkar mövqeyi deyil. Bundan əvvəl 2015-ci ilin mart ayında AXP qondarma soyqırımı tanıyan sənəd qəbul edib.