25 Aprel 2020 10:46
2 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin mənəvi oğlu Əli Çətin Şənər koronavirusdan vəfat edib.

Teleqraf.com xəbər verir ki, Əli Çətin Şənər mərhum prezidentin xanımı Nəzmiyyə Dəmirəlin qardaşıdır, 8 yaşından Süleyman Dəmirəlin evində yaşayıb.

Bu barədə Doğru Yol Partiyasının üzvü Mühsin Alnıaçık məlumat verib. O deyib ki, övladları olmadığı üçün 8 yaşından Dəmirəlin evində böyüyən, evlənəndə belə Dəmirəl ailəsi ilə daim yaxın ünsiyyət saxlayan, hər gün birgə yemək yeyən və Dəmirəlin hesab-kitabı kimi məsələləri etibar olunan Əli Çətin Şənər vəfat edib.


Müəllif: Cavad

Oxşar xəbərlər