Belarus Prezidenti Aleksandr Lukaşenko bir daha koronavirus səbəbindən ölkədı karantin tədbirlərinin tətbiq edilməsinə ehtiyac olmadığını bildirib.
Teleqraf.com-un xəbərinə görə, o, vəziyyətə uyğun hərəkət etdiyini və lazım gəldikdə tələb olunan bütün qərarları qəbul edəcəyini qeyd edib. Lukaşenko hazırkı durumun məhdudlaşdırıcı tədbirlərin tətbiqini tələb etmədiyini deyib.
"Məgər, bu bizim xalqımıza lazımdırmı? İndi bu bizə lazım deyil", - Lukaşenko deyib.
O əlavə edib ki, ölkədə həqiqətən xəstələnmə halları var, amma vətəndaşlar sadəcə, təhlükəsizlik tədbirlərinə riayət etməli, sağlıq durumlarını diqqətdə saxlamalı və vaxtında həkimlərə müraciət etməlidirlər.
Lukaşenko qeyd edib ki, böhrandan sonra ehtiyatları olan ölkələr daha sürətlə dirçələcək. Buna görə də o, iqtisadi fəaliyyətin dayandırılmasını istəmir.