27 Aprel 2020 10:54
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar Rusiya, Belarus və Ukraynadan ölkəyə girişin qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

Teleqraf.com xəbər veri ki, bu barədə TASS koronavirusla mübarizə üzrə hökumət qərargahına istinadən məlumat yayıb.

Qeyd olunur ki, siyahıda həmçinin, Afrika, Latın Amerikası və Yaxın Şərqin 11 ölkəsi də yer alıb.

Ümumilikdə hazırkı dövrədək siyahıda 87 ölkənin adı var.

Bundan öncə Yaponiyanın Baş naziri Sindzo Abenin, onun hökumət üzvlərinin və nazir müavinlərinin koronavirusun yayılması ilə əlaqədar olaraq ölkənin hər bir vətəndaşına verilən müavinətlərdən imtina etdikləri məlum olmuşdu.


Müəllif: Səxavət

Oxşar xəbərlər