28 Aprel 2020 11:30
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Piter Navarro koronavirus pandemiyası fonunda Çinin ünvanına yeni ittihamlar irəli sürüb.

Teleqraf.com xəbər verir ki, o bu barədə “Fox News” telekanalının efirində bəyan edib.

Onun sözlərinə görə, Pekin Vaşinqtona aşağı keyfiyyətli və hətta saxta koronavirus sınaq dəstləri göndərib. “ABŞ gələcəkdə belə hallara yol verə bilməz”, – deyə Navarro bildirib.

İqtisadi məsələlər üzrə müşavir Çini virusun yayılması ilə əlaqədar ABŞ-ın yaşadığı problemlərdən qazanc əldə etməkdə ittiham edib. O, Çini pandemiyanın qarşısının alınmasında yol verdiyi silsilə səhvlərə görə məsuliyyət daşımağa çağırıb.

Con Hopkins Universitetinin aprelin 27-nə olan məlumatına görə, dünyada 3 milyondan çox insan koronavirusa yoluxub, onlardan 208 mini ölüb, 878 mindən çoxu müalicə edilərək sağalıb. İnfeksiya daşıyıcısı olan 1 milyondan çox insan ABŞ-dadır. COVID-19-dan ən çox təsirlənən beş ölkə sırasına, həmçinin İspaniya, İtaliya, Almaniya və Fransa daxildir.


Müəllif: Səxavət

Oxşar xəbərlər