29 Aprel 2020 13:20
2 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya, Danimarka, Polşa və İsveçin Hərbi Hava Qüvvələrinin qırıcıları Rusiyaya məxsus iki Tu-160 bombardmançısını Baltik dənizinin neytral suları üzərində müşayiət ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Tu-160 təyyarələri Baltik dənizinin neytral suları üzərində təxminən səkkiz saatlıq planlı uçuş həyata keçirib.

“Marşrutun müəyyən mərhələlərində Rusiya təyyarələrini Finlandiya Hərbi Hava Qüvvələrinin F-18 qırıcıları, Danimarka Hərbi Hava Qüvvələrinin F-16, Polşa Hərbi Hava Qüvvlərinin F-16 və İsveç Hərbi Hava Qüvvələrinin “Saab JAS 39 Gripen” qırıcıları müşayiət edib”, – deyə TASS Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir.

Qeyd edək ki, Tu-160 bombardımançı təyyarələri mart ayında Atlantik okeanı üzərində 15 saatlıq uçuş həyata keçirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər