1 Oktyabr 2014 16:37
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetskdə məktəbin və avtobusun atəşə tutulması zamanı 10 dinc sakin həlak olub.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə Donetsk vilayətinin dövlət administrasiyasının mətbuat xidmətindən məlumat verilib. Bundan əlavə rus separatçılarının avtobus və taksilərə etdiyi hücumlar nəticəsində 9 ukrayna vətəndaşı yaralanıb.

Məlumatda bildirilir ki, bu gün 10.00 radələrində Donetskin Kiyev rayonunda yaraqlılar 57 saylı ümumtəhsil məktəbi atəşə məruz qoyublar. Həmin vaxt məktəbdə 70 uşaq və 28 müəllim olub.

Mərmilərdən biri məktəbin 5 metrliyində partlayıb. Hücum nəticəsində 4 nəfər həlak olub, daha 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Məktəblilər arasında xəsarət alan yoxdur.

Samir


Müəllif:

Oxşar xəbərlər