6 May 2020 19:32
2 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Belarus prezidentləri COVID-19 infeksiyası ilə bağlı mediada gedən məlumatları müzakirə etməyib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Belarus mediasında koronavirusla mübarizə aparan Rusiya əleyhinə dərc olunan məlumatlar haqda bunları deyib:

“Xeyr, Putin və Lukaşenko arasında bu müzakirə olunmadı. Bilirsiniz ki, bizim müxtəlif media qurumlarımız var. Bəzən Rusiyada ölkəmizdə görülən tədbirləri adekvat şəkildə çatdırmırlar. Buna görə bəzi ümumi açıqlamalar vermək, yəqin ki, tamamilə düzgün deyil”.

Peskov qeyd edib ki, iki dövlət başçısı arasında normal söhbət baş tutub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər