Belarus Xarici İşlər Nazirliyi Rusiyanın “Kanal 1” televizyasının ölkədəki əməkdaşlarının akkreditasiyasını koronavirusla bağlı xəbərdən sonra ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Belerus dövlət televizyası məlumat yayıb.
“Belarus 1” dövlət televiziyası XİN-in qərarını belə izah edib: “Bəli, Minsk daha sərt tədbirlərə hazırdır. Suveren bir ölkə olaraq, Belarus öz vətəndaşlarını təkcə maddi deyil, həm də informasiya baxımından - məsələn, yalan və saxtakarlıqlardan qorumaq hüququna malikdir”.
Rusiyanın birinci kanalı hələlik məsələni şərh etməyib.
Bundan əvvəl Prezident Aleksandr Lukaşenko Rusiya mediasını respublikadakı koronavirusla bağlı vəziyyəti qərəzli şəkildə işıqlandırmaqda ittiham etmişdi.