Ermənistan silahlı qüvvələrində 20-yə yaxın koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan mayın 8-də bildirib.
Onun sözlərinə görə, risk zonasında olan şəxsi heyət evdə (kazarmada) qalır.
Nazir deyib ki, infeksiya daşıyıcıları Yerevana yaxın hərbi hissələrdə qeydə alınıb.
Qeyd edək ki, Ermənistanda 3 029 nəfər koronavirusa yoluxub, 43 pasiyent isə ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 271 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report)